hia.az

Vitse-spiker: Aİ Gürcüstanda qarşıdurmanı təşviq edir

19 dəfə baxılıb 14-01-2026, 14:02

Vitse-spiker: Aİ Gürcüstanda qarşıdurmanı təşviq edir

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi ölkədə qarşıdurmanın təşviqini davam etdirir.

Bunu Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski Aİ nümayəndəliyinin ölkədə bu gün qeyd olunan Dövlət Bayrağı Günü ilə bağlı paylaşımını şərh edərkən deyib.

Onun sözlərinə görə, nümayəndəlik öz təşəbbüsü ilə deyil, təlimat əsasında hərəkət edir, belə ki, Gürcüstanda ekstremizmin artmasına böyük məbləğdə pullar xərclənib.

Volski vurğulayıb ki, bu gün Aİ-nin Gürcüstandakı nümayəndəliyi konkret siyasi məqsədləri olan birlik kimi fəaliyyət göstərir.

Digər vitse-spiker Nino Tsilosani də paylaşıma münasibət bildirib. O, sosial şəbəkə hesabında yazıb ki, Aİ nümayəndəliyi Dövlət Bayrağı Gününü necə qəribə şəkildə - bayrağı iğtişaş və dövlət çevrilişinin rəmzi kimi başa düşür.

“Sizə də eyni şeyi arzulayıram, dostlar”, - Tsilosani əlavə edib.

Qeyd edək ki, paylaşımda yer alan videoçarxa Tbilisidə zorakılıqla müşayiət olunan etiraz aksiyalarından da kadrlar daxil edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi