hia.az
hia.az

"RİA Novosti"nin Azərbaycanda bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

83 dəfə baxılıb 4-06-2022, 17:56

"RİA Novosti"nin Azərbaycanda bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB


Azərbaycanda "RİA Novosti" agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırılıb.

Bu barədə Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

"Azərbaycan Respublikasında yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Həmin Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı hallarda internet informasiya resursuna və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılır.

Sözügedən informasiya agentliyində Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatların yayılması ilk dəfə baş vermir və sistemli xarakter daşımışdır.

“RİA Novosti” agentliyi internet informasiya resursunda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yaymaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozub və həmin Qanuna uyğun olaraq ölkə ərazisində agentliyin internet informasiya ehtiyatına giriş məhdudlaşdırılıb", - məlumatda deyilir.

***

08:57

Rusiyanın “RİA Novosti” xəbər agentliyinin internet saytı Azərbaycanda bloklanıb.

Bundan əvvəl saytda Azərbaycanın Qarabağ ərazisindəki qondarma qurumun naziri Artak Beqlaryanın müsahibəsi dərc edilmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi