hia.az
hia.az

Taleh 4 ay əvvəl evləndiyi qızın atasını niyə öldürüb?

141 dəfə baxılıb 19-05-2022, 11:29

Taleh 4 ay əvvəl evləndiyi qızın atasını niyə öldürüb?


Xəbər verdiyimiz kimi, ötən gün Bakının Suraxanı rayonunda kürəkən qayınatasını bıçaqlayaraq qətlə yerib.

Parlamentinsesi.az cinayət hadisəsi ilə bağlı bəzi məlumatları əldə edib.

Əldə etdiyimiz məlumata görə, qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Taleh Heydərov qayınatası 1978-ci il təvəllüdlü Qabil Qənbərovla birgə tikintidə fəhlə işləyirmiş. Taleh 4 ay öncə hadisə nəticəsində ölən Qabil Qənbərovun qızı ilə evlənib.

Yaxınları onların mehriban münasibətləri olduğunu bildiriblər. Bu səbəbdən belə bir hadisənin baş verməsi qohumların da təəccübünə səbəb olub.

Qeyd edək ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi