hia.az
hia.az

Yeni baş bankir islahatlardan DANIŞDI

236 dəfə baxılıb 14-04-2022, 15:34

Yeni baş bankir islahatlardan DANIŞDI


"Dövlət başçısı və ölkə parlamenti tərəfindən göstərilən yüksək etimada görə təşəkkürümü bildirirəm".

Bunu Azərbaycan Mərkəzi Bankının yeni sədri Taleh Kazımov deyib.

O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, ölkədə nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetiriləcəyini bildirib.

T.Kazımov aparılan islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli maliyyə, o cümlədən bank, kapilal bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi